Sumqayıt-Bakı qatarında sərnişinin halı pısləşib. Sumqaıt24 bu barədə 10 oktyabr tarixində Report-a istinadən xəbər verir.
Hadisə saat 08:00-da qeydə alınıb. Vaqonlardakı sıxlıq səbəbindən 20-25 yaşlarında olan sərnişin huşunu itirib. Onun vəziyyəti haqqında məlumatlandırmaq üçün maşinistlə əlaqə saxlanılmasına cəhd edilsə də, bu, sıxlıqdan mümkün olmayıb. Polis əməkdaşının göstərişi ilə sıxlığı azaltmaq üçün qatarda olan sərnişinlərin bir qismi biznes sinifli vaqona keçirilib. Bundan bir qədər sonra isə huşunu itirmiş sərnişin özünə gəlib.
Həmin vaqonda daha bir sərnişinin ürəyi sıxılıb. Vətəndaşa dərhal ilkin tibbi yardım göstərilib.