“Sumqayıt Bulvar” MMC “Toyota Abşeron Mərkəzi” ilə satınalma müqaviləsi imzalayıb.
Valyuta.az-ın məlumatına görə, müqavilədə MMC tərəfindən “Toyota Abşeron Mərkəzi”ndən 55 600 manat dəyərində 1 ədəd avtomobilin alınması nəzərdə tutulur.
Qeyd edək ki, “Sumqayıt Bulvar” MMC Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir.