Sumqayıt şəhərindəki bulvar ərazisində işıqlanma sisteminin əsaslı təmiri xərcləri 50 faiz azaldılır.
İqtisadiyyat.az-ın məlumatına görə, rəsmi göstəricilərə əsasən 2023-cü ildə bulvar ərazisində işıqlanma sisteminin əsaslı təmiri işlərinə 178 min manatdan çox vəsait ayrılıb. Həmin vaxt nəzərdə tutulmuş işləri “Azfen-TTQ” şirkəti həyata keçirib.
Bu günlərdə isə qurum bulvar ərazisində işıqlanma sisteminin təmirinə 85,5 min manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb. Sumqayıt Bulvarı hazırda təmir işlərini həyata keçirəcək şirkət axtarışındadır.
Beləliklə, 2023-cü illə müqayisədə bulvar ərazisində işıqlanma sisteminin təmiri xərcləri təxminən 50 faiz civarında azaldılır.