16 dekabr tarixində Sumqayıt Dövlət Dram Teatrında şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları üçün 44 günlük Zəfərə həsr olunan “Missiya” adlı tamaşa nümayiş edilib. Bu haqda Sumqayıt Regional Mədəniyyət İdarəsi (RMİ) məlumat yayıb.
Tədbirdə həmçinin ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər. Tamaşadan sonra sumqayıtlı Vətən müharibəsi şəhidlərinin övladlarının hər birinə IWC-Beynəlxalq Qadın Klubunun dəstəyi ilə hazırlanmış yeni il hədiyyələri təqdim olunub.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt RMİ-in rəisi Rəşad Əliyev və Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov çıxış ediblər.