Sumqayıt Dövlət Universitetində təhsil haqqı ölkənin digər Ali təhsil müəssisələrinə nisbətən daha aşağıdır. Bu haqda Oxu.az-a istinadən xəbər veririk.
Belə ki, şəhərimizin təhsil ocağında qiyabi təhsil 1200, əyani təhsil isə 1500 manatdan başlayır. Müqayisə üçün bildirək ki, Bakıda fəaliyyət göstərən universitetlərdə təhsil haqqlarının məbləği 1000 manatdan 6500 manata qədər artır.
Bölgələr üzrə isə təhsil haqları 1800 manata qədər dəyişir.