Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi 6 nömrəli orta məktəbdə “Gəncləri Dini radikalizm – ekstremizm və narkomaniyanın zərərli təsirlərindən qoruyaq“ adlı görüş keçirilib. Bu barədə bu gün, 16 dekabr tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.
Tədbir iştirakçıları çıxışlarında narkomaniyanın gənclərin sağlamlığının inkişafına mənfi təsirindən danışıblar. Tədbirdə yeniyetmələr həmçinin, ölkəmizdəki mövcud tolerantlıq mühitindən, dini dəyərlərə hörmətlə yanaşmasından maarifləndiriliblər. Gənclərə mövzuya uyğun videoçarxlar nümayiş olunub. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbir Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsi, Səhiyyə şöbəsi, Polis İdarəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Sumqayıt bölgəsi üzrə şöbənin birgə təşkilatçılığı baş tutub.
Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi