Sumqayıtda, İsmət Qayıbov küçəsində bu gün, 29 dekabr saat 01:00 radələrində qəza baş verib. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.
Hadisə yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb. Məlumata görə, qəza zamanı “VAZ 2109” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobil yarasız hala düşüb. “VAZ”ın qabaq hissəsi, digər maşının isə yan tərəfi əzilib.
Hadisə zamanı xəsarət alan olub. Əraziyə Təcili Tibbi Yardım maşını cəlb olunmuşdur.
Foto Sumqayıt24