top
Sumqayıt gənclərini ekran qarşısına toplayan Mikrorayonun hekayəsi - MÜSAHİBƏ
13 aprel 2026, 20:00
- +

Sumqayıt gənclərini ekran qarşısına toplayan "Mikrorayon"un hekayəsi - MÜSAHİBƏ

Yenicə yayıma başlayan və Sumqayıt gəncləri arasında böyük maraq yaradan "Mikrorayon" serialının ssenaristi Gəray Həsənov Sumqayit24.az-ın suallarını cavablandırıb. Qısa müsahibəni təqdim edirik:

– "Mikrorayon" serialının ideyası necə yarandı?

— "Mikrorayon" serialının yaranma prosesi belə başladı: layihənin baş prodüseri Sevinc Əliyeva ilə görüşdük. Hətta ideya tam formalaşmamışdan əvvəl o, serialın adını – "Mikrorayon"u düşünmüşdü. Dedi ki, bu adda bir hekayə yaratmaq istəyir. 

Nəticədə qərar aldıq ki, mikrorayonda baş verən hadisələri, oradakı ailələri, müxtəlif problemləri göstərək və lazım gəldikdə cəmiyyətə müəyyən mesajlar verək.

Hadisələrin böyük hissəsi Sumqayıtda, Bakının Sahil qəsəbəsində və digər ərazilərdə lentə alınıb.

– Serialdakı obrazlar real insanlardan ilhamlanıb? Konkret prototiplər varmı?

— Ssenari konkret real şəxslər əsasında qurulmayıb. Sadəcə, serialda yer alan bəzi hadisələr real həyatda baş vermiş hadisələrə əsaslanır. Biz onları bədii formada tamaşaçıya çatdırmağa çalışmışıq.

Sevinc Əliyeva ideya ilə mənə müraciət edəndə mənim artıq bir film trilogiyası üzərində düşüncələrim var idi. Bu ideyanı onunla bölüşdüm və maraqlı olub-olmadığını soruşdum. O da razılaşdı, düşüncələrimiz üst-üstə düşdü. Daha sonra həmin trilogiyanı serial formatına uyğunlaşdırmaq qərarına gəldik və nəticədə 12 bölümdən ibarət serial ortaya çıxdı.

– Serialın əsas mesajı nədir?

— Serialda əsas məqsəd müasir gənclərin və yeniyetmələrin həyatını göstərməkdir. Bəzən valideynlərin övladlarına yetərincə diqqət ayırmaması onların yanlış yollara yönəlməsinə səbəb olur.

Biz istəyirdik ki, tamaşaçı seriala baxarkən orada özünü, qonşusunu və ya tanışını görə bilsin.

– Serialın atmosferini – dil, zarafatlar və ünsiyyət tərzini ötürmək nə dərəcədə çətin oldu? Bu mövzuda komandada fikir ayrılıqları yaranırdımı?

— Mən özüm Bakının 7-ci mikrorayonunda böyümüşəm. Ümumiyyətlə, "mikrorayon" anlayışı kiçik yaşayış massivi kimi qəbul oluna bilər. Bu baxımdan həmin mühiti anlamaq və təsvir etmək mənim üçün çətin olmadı.

Ətrafımızda baş verən hadisələri görürük, insanların danışıq tərzini, leksikonunu bilirik. Buna görə ssenarini yazarkən ciddi çətinlik çəkmədim. Daha sonra ssenariyə Pərviz Həsənov konsultant kimi qoşuldu. Həmçinin rejissor Qulu Əsgərovun da müəyyən təklif və qeydləri oldu.

– Sonda tamaşaçıya vermək istədiyiniz əsas fikir nədir?

— Açığı, mən ümumiyyətlə kiməsə birbaşa "ağıl verməyi" sevmirəm. Biz sadəcə olaraq tamaşaçıya müxtəlif seçimlər və onların nəticələrini göstərmişik.

Baxan şəxs fərqli yolları görəcək və hansı yolu seçəcəyinə özü qərar verəcək.

Əgər tamaşaçılar bu serialdan özləri üçün faydalı nəticələr çıxara bilsələr, bu, bizim üçün böyük uğur sayılacaq.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
Dünən, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
Dünən, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
Dünən, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
Dünən, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
Dünən, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
Dünən, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:45

Saray marşrutudur, amma Saraya getmir - İDDİA - VİDEO

İdman
Dünən, 13:15

"Sumqayıt" almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtdan Amerikaya uzanan 6 illik yol

Bütün xəbərlər
Dünən, 12:15

DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

Bütün xəbərlər
Dünən, 11:45

Sarayda canavar həyəcanı - Bələdiyyədən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:15

8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb

Bütün xəbərlər
Dünən, 10:45

Sumqayıtda gimnaziyanın rəhbəri TƏLTİF OLUNUB

Bütün xəbərlər
Dünən, 10:15

Çerkassı küçəsində asfaltlanma işləri davam etdirilir

İdman
Dünən, 09:52

"Sumqayıt"da iki futbolçu ətrafında MÜƏMMA YARANDI

Bütün xəbərlər
Dünən, 09:15

"Hər an kiminsə başına düşə bilər": Sumqayıtda binanın fasadında təhlükə

Bütün xəbərlər
03 sentyabr 2026, 18:30

Sumqayıtın bu küçəsi "gün üzünə çıxdı"

Oxşar xəbərlər