Sumqayıtda yerləşən General-mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbə yeni rəhbər təyin olunub. Bu haqda Xeberle.com-a istinadən xəbər veririk.
Məlumata əsasən, bundan sonra həmin məktəbdə direktor vəzifəsini "İstedad" liseyində riyaziyyat müəllimi işləmiş Pərviz Musayev icra edəcək.
Xatırladaq ki, məktəbin əvvəlki direktoru Mehdi Ağayev oktyabr ayında koronavirusdan dünyasını dəyişmişdir.