Sumqayıt Gənclərin İnkişaf və Karyera mərkəzinin əməkdaşı tərəfindən təlim keçirilib. Bu barədə Sumqayıt24 8 sentyabr tarixində xəbər verir.
Görüşdə Saatlıdan olan gənclər iştirak ediblər. Çıxış edən təlimçi Ləman Muradi onlara "Problemin düzgün müəyyənləşdirilməsi üsulları", "Problemlərin həlli yollarının axtarılması", "Problemlərin əsaslı həlli və davamlı işin təmin olunması üçün münaqişələrin idarə olunması", "Problemlərin qarşılıqlı anlaşma yolu ilə həll qaydaları" haqqında məlumat verib.
Təlim zamanı iştirakçılar öyrəndiklərini komanda işi formasında tətbiq ediblər.