Sumqayıt H.Z. Tağıyev qəsəbəsində fəaliyyət göstərən Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi təmir olunacaq. Bu haqda Xeberle.com-a istinadən xəbər veririk.
Bunu Sumqayıt Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Əminəxatun Tərlan bildirib. O qeyd edib ki, məktəbin əsaslı təmirə ehtiyacı var. Bu səbəbdən Mədəniyyət nazirliyinin nümayəndələri burada olublar, əsaslı təmir üçün baxış keçirib və investisiya planına salınması üçün təqdimat veriblər. Növbəti illərdə məktəbdə əsaslı təmir həyata keçiriləcək.
Xatırladaq ki, sosial şəbəkələrdə məktəb binasının dağınıq vəziyyətdə olmasını özündə əks etdirən video yayılmışdı.