İcra başçısı Zakir Fərəcov vətəndaşların növbəti qəbulunu keçirib. Sumqayıt24 bu barədə 1 sentyabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Səyyar görüş 8 nömrəli məktəbdə baş tutub. Burada şəhər rəhbərinin müavinləri, aparatın məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və sakinlər iştirak ediblər.
Vətəndaşlar tərəfindən səsləndirilən bəzi müraciətlər yerindəcə həll edilib, digərlərinin həlli üçün isə müvafiq qurumların rəhbərlərinə tapşırıq verilib.