top
Sumqayıt karbamidi həm də sərhədləri aşır
24 iyul 2025, 22:42
- +

Sumqayıt karbamidi həm də sərhədləri aşır

Karbamid zavodu istifadəyə verilənə qədər Azərbaycan azot gübrələrini idxal edirdi. İndi isə bu müəssisə həm daxili bazarın tələbatını tam ödəyə bilir, həm də istehsal etdiyi məhsulun 70 faizdən çoxunu ixraca yönəldir. Nəticədə əvvəllər idxal üçün sərf edilən böyük vəsait ölkəmizdə qalır, eyni zamanda qeyri-neft ixracının gəlirləri artır.

Azerbaijan-news.az-ın məlumatına görə, SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Sumqayıt şəhərində yerləşən bu müəssisəsinin təməli 2011-ci ildə qoyulub, açılışı isə 2019-cu il yanvarın 16-da Prezident İlham Əliyevin iştirakı ilə olub. İstismara verildiyi dövrdə Karbamid zavodu Azərbaycanda qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihə idi.

Öncə xatırladaq ki, karbamid ən zəngin azot tərkibinə malik olan və dünyada ən çox istifadə edilən gübrədir. Karbamidin əsas funksiyası bitkilərin inkişafı və məhsuldarlığın artırılması üçün onları lazım olan azotla təmin etməkdir. Bu gübrə eləcə də bitkilərin fotosintez prosesində mühüm rol oynayır.

Karbamidə olan yüksək tələbat onun aşağı maya dəyəri, qənaətcil və təhlükəsiz daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlıq verməsi ilə əlaqədardır. Digər azot gübrəsi - ammonium-nitratdan fərqli olaraq karbamid gübrəsi yanğın və ya partlayış təhlükəsi yaratmadığına görə saxlanılma və daşıma baxımından etibarlı və sərfəli məhsul sayılır.

46,3 faiz, yəni ən yüksək azot tərkibinə malik olduğuna və suda tez həll edildiyinə görə bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əmələ gəlir. Onun bir üstünlüyü də həm ayrı, həm də digər gübrələrlə birgə istifadə oluna bilməsidir. Bundan başqa, karbamiddən mal-qara yemi və digər kimyəvi maddələrin istehsalında, eləcə də əczaçılıqda geniş istifadə olunur.

Belə əhəmiyyətli bir məhsul buraxan zavodun layihələndirilməsi və tikintisi ammonyak istehsalı üzrə Danimarkanın "Haldor Topsoe" və karbamid istehsalı üzrə Niderlandın "Stamicarbon B.V" şirkətlərinin texnologiyası əsasında Cənubi Koreyanın "Samsung Engineering" şirkəti tərəfindən həyata keçirilib. Finlandiyanın "Neste Engineering Solutions" şirkəti layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri göstərib. Tikintinin pik vaxtında zavodun inşasına ümumilikdə 3600 nəfərdən çox işçi cəlb olunub və bütün iş həcmi qəzasız şəraitdə yekunlaşıb.

Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilib. Daha sonra Cənubi Koreyanın İxrac-İdxal Bankından (KEXIM), habelə "Societe Generale" (Fransa), "Deutsche Bank" (Almaniya) və "UniCredit" (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Layihə ilə bağlı vergi və rüsumların, həmçinin digər xərclərin ödənilməsi məqsədilə SOCAR tərəfindən 100 milyon avro məbləğində vəsait ayrılıb.

Prezident İlham Əliyev bu müəssisəni belə xarakterizə edib: "Karbamid zavodunun özəlliyi həm də ondan ibarətdir ki, burada xammal kimi istifadə olunan məhsul təbii qazdır, yerli məhsuldur. Yəni karbamidin tərkibində xarici komponent yoxdur. Burada ildə 435 milyon kubmetr təbii qazdan istifadə olunacaq. Əgər biz təbii qazı indi bugünkü qiymətlərlə mövcud xarici bazarlara satsaydıq, bundan təqribən 80 milyon dollar vəsait əldə edə bilərdik. Ancaq karbamid şəklində istehsal olunacaq məhsulun dəyəri 150-160 milyon dollar olacaq. Yəni biz səmərəliliyi demək olar ki, iki dəfə artırmışıq. Ölkəmiz üçün çox gözəl ixrac məhsulu yaratmışıq. Kənd təsərrüfatının inkişafı üçün yerli gübrə yaratmışıq və ölkəmizin qeyri-neft sənayesinə böyük töhfə vermişik".

Nəzərdə tutulmuşdu ki, 2024-2025-ci illərdə Karbamid zavodunda bir sıra rəqəmsal transformasiya layihələri həyata keçirilsin. Bu layihələrin reallaşması nəticəsində zavodun maksimum istehsal gücü ilə fəaliyyət göstərməsi ilə yanaşı, hər ton karbamid üçün sərf olunan təbii qaz miqdarının azalması da təmin ediləcək. Təbii qaz sərfiyyatının azalması isə öz növbəsində atmosferə atılan karbon emissiyalarının azalması və zavodun ekoloji cəhətdən daha təmiz müəssisəyə çevrilməsi ilə nəticələnəcək. Bütün bu proseslər yekunda əlavə dəyər yaratmaqla ölkə iqtisadiyyatına mühüm töhfə verəcək.

Karbamid zavodu getdikcə inkişaf edir. Hazırda müəssisə dünyada innovativ rəqəmsal standartları tətbiq edən şirkətlər üçün meyarları müəyyənləşdirən "Global Lighthouse Network" platformasına keçidə doğru addımlar atmaqdadır. Rəqəmsal transformasiya layihələri çərçivəsində həyata keçirilən işlər cari il boyu aparılacaq qiymətləndirmələrdən sonra zavoda "Global Lighthouse" mükafatının verilməsinə və müəssisənin qabaqcıl istehsal obyektləri sırasında yer almasına səbəb olacaq.

Qeyd edildiyi kimi, zavod ildə xammal olaraq 435 milyon kubmetr təbii qaz həcmindən istifadə edir. Bu, müəssisəyə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücünə malik olmağa imkan verir. Beləliklə, bu zavod Azərbaycanın karbamidə olan tələbatını tam təmin edir.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
Dünən, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Bütün xəbərlər
Dünən, 16:20

Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB

Bütün xəbərlər
Dünən, 16:13

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

İdman
Dünən, 16:00

Adil Şükürov: "Sumqayıt" şimal zonasındakı uşaqların futbol məbədi olacaq"

Bütün xəbərlər
Dünən, 15:30

Sabah Sumqayıtda hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edildi

İdman
Dünən, 14:30

Avropanı 24 saniyəyə fəth edən sumqayıtlı cüdoçu: "Tez qalib gələcəyimi hiss edirdim"

Bütün xəbərlər
Dünən, 14:00

Sarayda havaya tüstü yayan zavodla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 13:30

Yoldan keçənə kəllə vurdu, Sumqayıt məhkməsi azadlığa buraxdı

Bütün xəbərlər
Dünən, 13:02

Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu

İdman
Dünən, 12:50

"Sumqayıt"dan azarkeşlərə jest - GİRİŞ PULSUZ OLACAQ

Bütün xəbərlər
Dünən, 12:20

SDU Kembric Universitetinin eksperti ilə bir araya gəldi

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıt məktəbləri yeni dərs ilinə hazırlaşır

Bütün xəbərlər
Dünən, 11:20

Sumqayıtı tüstüyə bürüyən zavodla bağlı ARAŞDIRMA: Normadan artıq zərərli qaz aşkarlanıb

Bütün xəbərlər
Dünən, 10:52

Xəzərdə zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 10:45

"Cəbrayıl yuxularımız çin oldu" – Sumqayıtdan köçən şəxs

Bütün xəbərlər
Dünən, 10:15

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

İdman
Dünən, 09:45

"Sabah" bu axşam "Mançester Yunayted"in qonağı olacaq

Bütün xəbərlər
Dünən, 09:15

Sakinlərə şad xəbər - Saray küçələrinə "zebralar" çəkiləcək

İdman
09 sentyabr 2026, 19:00

"Sumqayıt" "Şamaxı" ilə oyuna itki ilə çıxacaq? - AÇIQLAMA

Bütün xəbərlər
09 sentyabr 2026, 18:00

Sumqayıtda 48 məktəblə bağlı YENİLİK – "Rəqəmsal məktəb"ə qoşulmaları nəzərdə tutulur

Oxşar xəbərlər