Sumqayıtda kiçikhəcmli gəmilər yoxlanılacaq. Bu haqda bu gün, 7 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat paylaşılıb.
Yoxlamalar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən təşkil olunacaq. Məlumata görə, Görədil-Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi istiqamətində, hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri kiçikhəcmli gəmilərə texniki baxış keçiriləcək.
Qeyd edək ki, hava şəraiti və pandemiya ilə əlaqədar karantin rejimi şərtlərindən asılı olaraq yoxlamaların günləri dəyişdirilə bilər.