Sumqayıtda sahibkarlar üçün təlim təşkil olunub. Bu barədə 5 oktyabr tarixində KOB İnkişaf Mərkəzinə istinadən xəbər veririk.
KOBİM eksperti tərəfindən “Maliyyənin idarə olunması“ mövzusu müzakirə olunub. Seminarda sabit və dəyişkən xərclər, əməkhaqqının hesablanması, gəlir və xərclər planı ilə bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Təlimdə 5 sahibkar iştirak edib.