9 yanvar saat 17:00-da Sumqayıt Dövlət Dram Teatrının (SDDT) səhnəsində Marsel Berkye-Marinyenin “Oğru” tamaşası nümayiş olunacaq. Bu haqda Teatrın Facebook səhifəsində məlumat yayılıb.
Rolları Vəfa Qurbanova, İlahə Səfərova, Şəmistan Süleymanlı, İzaməddin Bağırov və Elmir Mehdiyev canlandıracaqlar.
Tamaşanın quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu rəssamı isə Osman Salmanovdur.
Ətraflı məlumat üçün (055) 771-44-41 və (018) 655-91-21 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.