top
Sumqayıt mavi Xəzəri çirkləndirən şəhərlərdən biridir
09 yanvar 2025, 23:38
- +

Sumqayıt mavi Xəzəri çirkləndirən şəhərlərdən biridir

Dənizdən evimizə girən çirkabın günahı özümüzdədir - “əl əli yuyur, əl də üzü...”

Ekologiya.az-ın məlumatına görə, Xəzər dənizinə daxil olan tullantı sularının 60%-i Volqa çayının payına düşür. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Ermənistan və Gürcüstan ərazisində formalaşan kommunal və sənaye tullantı suları Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlərindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab edilir.

Ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, üzən vasitələrdən tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və s. ilə bağlıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağında fəaliyyət göstərən müəssisə və təşkilatlarda, obyektlərdə, üzən vasitələrdə, sahilboyu ərazilərdən dənizə olan axarlarda həyata keçirilən ekoloji monitorinqlər zamanı Xəzər dənizinə tökülən 128 axar qeydə alınıb. 

Dənizin qidalanmasında Volqa çayının xüsusi əhəmiyyəti var. Bu çay vasitəsilə dənizə ümumi illik axar 60%, digər çaylar - Kür 6 %, Ural 5 %, Terek, Sulaq və Samur birlikdə 4,5%, İran ərazisindən Səfidrud, Şirrud, Gürgan və s. 4,0-4,5% təşkil edir.

Azərbaycanda Xəzər dənizindən neft çıxarılır və emal prosesində ən mütərəqqi texnologiyalar tətbiq edilməsinə baxmayarq, qəzalar baş verir və nəticədə neft dənizə tökülür. Dənizdən neft çıxaran yalnız Azərbaycandır və bu baxımdan neftlə çirklənmə prosesi ölkəmiz tərəfindən gedir. Xəzər dənizinin çirklənməsində ən böyük amillərdən biri kimi hərbi gəmilərin, eləcə də digər gəmilərin də rolu var. Belə ki, dəniz nəqliyyatı dənizə xeyli miqdarda çirkli maddələr axıdır. Xəzər dənizin çirklənməsi yalnız suya deyil, orada yaşayan canlılara da öz təsirini göstərir. Belə ki, Xəzər dənizində balıqçılıq inkişaf edir və buradakı balıqlar qidalanarkən müəyyən zəhərli maddələr onların orqanizminə daxil olur. İnsanlar balıqlarla qidalarkən həmin konseregen maddələr  insanların orqanizminə də təsir göstərir. Bundan başqa, Xəzər dənizində hərbi manevrlər, təlimlər aparırlar ki, bu da suyun çirklənməsində öz təsirini göstərir. Əhalinin sayı ilə yanaşı suya olan tələbat da artır. Suyun çirklənməsi prosesi əvvəlki illərə nisbətən daha çox olur. Xəzərin çirklənməsinin qarşısının alınması üçün müəyyən tədbirlər görmək lazımdır. Bu baxımdan dənizdən neft çıxararkən ehtiyatlı olmaq lazımdır ki, dəniz neftlə çirklənməsin. Eləcə də Rusiyadan, Həştərxan ərazisində baş verən proseslərin nəticəsidir ki, Xəzərin çirklənməsinin 80 faizi məhz Volqa çayının payına düşür. Rusiyada bu çirklənmənin qarşısının alınması üçün müəyyən tədbirlər görülməlidir. Dənizin mühafizə edilməsi əsas məsələlərdən biridir. Ermənistan, Gürcüstanın bizim çayları çirkləndirməsi ilə bağlı regional iclaslarda, konfranslarda alimlərimiz statistik rəqəmlər təqdim edirlər.

Bu çirklənmə yalnız balıqlara təsir göstərmir. Dünyada okeanların, dənizlərin, çayların altında olan  bitkilər oksigen ifraz edir. Dünyada ifraz edilən oksigenin 60 faizi okean, dəniz və çaylarda olan bitkilərin hesabınadır. Konseregen maddələr oraya düşəndə onları məhv edir. Suyun oksigenə olan tələbatı azalır. Quru ərazidə bitki məhv olanda insanlar onu bərpa etmək imkanına malikdir. Ancaq dənizin dibində olan bitkilər konseregen maddələr nəticəsində məhv olduqda o bitkiləri yenidən əkmək qeyri-mümkündür. Eləcə də Xəzər dənizində olan balıqların əksəriyyəti bitkilərlə qidalanırlar. Burada qida zənciri qırılır. Xəzərin mikroflorası, faunası azalır. Beləliklə, Xəzərdə olan canlı aləm getdikcə azalır. Almaniyada Reyn çayına o qədər sənaye məhsulları axıdılır ki, ona “ölü çay” deyirlər. Hətta orada canlı mikroorqanizmlər belə, yoxdur. Xəzərlə bağlı 5 ölkə müəyyən tədbirlər həyata keçirməsə, vəziyyəti daha da pisləşəcək. Bu gün hətta milyon tonlarla müəyyən zəhərli maddələr havaya buraxılır, onlarda  həm yağış vasitəsilə, həm də çaylar vasitəsilə Xəzəri çirkləndirir. Xəzərə axan çayların daşması da dənizin çirklənməsində rol oynayır. Yəni Xəzəri çirkləndirən amillər olduqca çoxdur. Bunun qarşısını sözlə almaq yox, xeyli vəsait sərf etmək lazımdır. Bu regional problemdir və bunun qarşısı alınmalıdır.

Ən böyük tullantı Xəzər dənizinə çaylar vasitəsilə daxil olur. Eyni zamanda sahil ərazilərində təsərrüfat fəaliyyətindən, məişət tullantıları nəticəsində çirklənmə davam edir. Bu, çox böyük problemdir. Xəzər dənizinə külli miqdarda çirkli su daxil olur. Bu da əsasən qaynar nöqtələrdən olur. Qaynar nöqtələrdən biri Abşeron yarımadasıdır. Sözsüz ki, Xəzər dənizin çirklənməsində təkcə Azərbaycan rol oynamır. Xəzər regional dənizdir, 5 Xəzəryanı dövlətdən daxil olan tullantılar da səbəb olur.

Bundan çıxış yolu təmizlənməmiş tullantı sularının Xəzər dənizinə axıdılmasının qarşısının alınması və tullantı sularının təmizləyici qurğularda müvafiq standartlara uyğun təmizlənməsinin təmin edilməsidir.

Bakı şəhəri, Abşeron yarımadasında çox böyük faizdə mərkəzləşmiş kanalizasiya sistemi mövcud deyil. Təmizləyici qurğuların çox hissəsi ya köhnə olduğu üçün işləmir, olanlar da normativlərə uyğun təmizləməni təmin etmir. Bunun nəticəsində də Abşeron yarımadasından Xəzər dənizinə gündə təxminən 1 milyon kubmetr çirkli su axır. Bunu Azərbaycanda bütün Xəzərin sahilinə aid etsək, rəqəm 2 dəfə artır. Bunun müqabilində, Bakıda su təchizatı ilə bağlı problemlər yaranıb.

Ümumiyyətlə, iqlim dəyişmələri nəticəsində sudan qeyri-səmərəli istifadə, su itkilərinin çox olması səbəbindən son zamanlarda, xüsusilə yay aylarında Azərbaycanda su ehtiyatlarında çatışmazlıqlar hiss olunur.

Tullantı sularının dənizə axıdılması yox, o sudan email olunaraq təkrar texniki məqsədlə istifadəsidir, Bakıda kifayət qədər texniki suya ehtiyac var. O cümlədən yaşıllıqların suvarılması üçün kifayət qədər suvarma suyuna ehtiyac var. Suvarma suyu kimi yüksək keyfiyyətlə təmizlənmiş içməli sudan istifadə olunur. Bu, məntiqə sığmayan bir şeydir. Son zamanlar dənizlərin, okeanların çirklənməsinin səbəblərindən biri də plastik çirklənmələrdir. Hazırda dənizdə fəaliyyət göstərən neft şirkətləri müasir texnologiyalardan istifadə edirlər. Onların fəaliyyəti tam nəzarət altında olduğu üçün tullantıların qat-qat azaldılmasına, bir sıra hallarda minimuma endirilməsinə nail olunub. Amma yenə də fəaliyyət zamanı sözsüz ki, tullantılar olur və bu da ətraf mühitə, Xəzərin biomüxtəlifliyinə, su bioloji resurslarına mənfi təsir göstərir.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:15

Adı dünyanın 7 nüfuzlu universitetinin qəbul siyahısında olan sumqayıtlının uğur hekayəsi

Bütün xəbərlər
Dünən, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
Dünən, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıtda "ağıllı su şəbəkələri" tətbiq olunacaq

Bütün xəbərlər
Dünən, 16:15

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
Dünən, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
Dünən, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
Dünən, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Bütün xəbərlər
Dünən, 13:15

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda avtobus sürücüsündən qeyri-peşəkar davranış - VİDEO

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda hündürlükdən yıxılan fəhlə öldü

Bütün xəbərlər
Dünən, 11:46

Sumqayıtda pensiyalar ödənildi

İdman
Dünən, 11:43

UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?

İdman
Dünən, 11:13

Sumqayıtlı Avropa çempionu azarkeşlərlə görüşəcək

Bütün xəbərlər
Dünən, 10:43

Azərbaycanda doğulan uşaqların sayı azalıb

Bütün xəbərlər
Dünən, 10:13

"Sumqayıt" serbiyalı legionerini "Turan Tovuz"a satdı

Bütün xəbərlər
Dünən, 09:43

19 yaşında Murovdağ döyüşlərində şəhid olan Cəbrayılın doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:09

Elektrik kəsintisi olacaq ərazilər AÇIQLANDI

Bütün xəbərlər
10 sentyabr 2026, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
10 sentyabr 2026, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
10 sentyabr 2026, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
10 sentyabr 2026, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Oxşar xəbərlər