"Uninet" Məhdud Məsuliyətli Cəmiyyət (MMC) böyük məbləğdə cərimələnib.
Yurd.Media-nın məlumatına görə, Dövlət Reklam Agentliyinin Quba Regional Reklam İdarəsi tərəfindən aparılan yoxlama zamanı məlum olub ki, Quba şәhәri, M.P.Vaqif küçәsindә yerlәşәn MMC-ә mәxsus "CityNet" adlı obyektin fasadında müvafiq icazә alınmadan reklam yerlәşdirilib.
İdarə tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddәsinә əsasən protokol tərtib olunub, Quba Rayon Məhkəməsinin qərarı ilə "Uninet" 5 min manat cərimə olunub.
Şirkət bu qərardan apellyasiya şikayəti versə də Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.