Sumqayıt Melioservis İdarəsi bir çox rayonlarda meliorativ tədbirlər aparır. Sumqayıt24 bu barədə 17 oktyabr tarixində Meliorasiya və Su Təsərrüfatı ASC-yə istinadən xəbər verir.
İdarənin gördüyü işlərdən biri də İmişli rayonu ərazisindən keçən Rəsul Arx kanalında həyata keçirilir. Kanalın lil və kol-kosdan təmizlənməsi ilə suyun sürətli və maneəsiz axını təmin edilir.
Qeyd edək ki, təşkilat 10 rayonda - Qazax, Şəmkir, Tovuz, Salyan, Neftçala, İmişli, Qusar, Xızı, Goranboy və Kürdəmir rayonlarında kanalların lildən təmizlənməsi və təmir işlərini həyata keçirir.