Minik avtomobili ilə avtobus toqquşub. Sumqayıt24 bu barədə 3 sentyabr tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Hadisə Sumqayıt - Novxanı yolunun üzərindəki “Liman” restoranının qarşısında baş verib. “Volkswagen Touareg“ markalı maşın qarşısında olan 585 saylı sərnişin avtobusuna çarpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.