Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı xalq şairi Nəriman Həsənzadəni ziyarət edib. Sumqayıt24 bu barədə 3 sentyabr tarixində xəbər verir.
Ziyarətdə, həmçinin Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, ictimai fəal Rəna Əmirəliyeva və şairin ailə üzvləri iştirak ediblər. İştirakçılar şairin evində qonaq olublar. Qonaqlar Xalq şairinin səhhəti, yeni əsərləri, külliyyatının nəşri işinin gedişatı ilə yaxından maraqlanıblar.
Ustad şair iştirakçılara könül dolusu təşəkkür edib, onlar üçün kitab imzalayıb.