Sumqayıt şəhər sakini ödənişsiz oftalmoloji əməliyyat olunub. Bu haqda bu gün, 7 yanvar tarixində Caspian Compassion Project (CCP) məlumat yayıb.
Məlumata əsasən, Məriyyam Əliyevaya pulsuz katarakt (phaco+İOL) əməliyyatı edilib. 7 dəqiqə sürən əməliyyat nəticəsində qadının görmə qabiliyyəti tam bərpa olunub. Əməliyyatdan öncə onun sol gözü təkcə əl hərəkətini görürdü.
CCP Azərbaycanda ilk tibbi qərəzli humanitar ictimai təşkilatlardan biridir. Təşkilatın əsas məqsədi Azərbaycan əhalisinə görmə qabiliyyətinin bərpası üçün tibbi xidmət göstərməkdir. Təşkilatın əsas vəzifəsi imkanı olmayan vətəndaşlara, həmçinin məcburi köçkünlərə görmə qabiliyyətinin bərpasında kömək etməkdir. Həmçinin, qurum internat məktəblərində və uşaq evlərində yaşayan, tək valideynli uşaqların göz xəstəliklərinin müalicəsində maraqlıdır.