Sumqayıtda şəhidimiz Elnur Səmədovla vida mərasimi keçirilir. Sumqayıt24 bu barədə 15 sentyabr tarixində xəbər verir.
Düşmən qüvvələrinin törədiyi genişmiqyaslı təxribatların qarşısının alınması nəticəsində şəhadətə ucalan XTQ leytenantı Elnur Sədaqət oğlu Səmədovun nəşi yaşadığı 9-cu mikrorayona gətirilib. Şəhidlə vida mərasimində ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və sakinlər iştirak edirlər.
Qəhrəmanımız Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılacaq.