Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyatla aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər aparılıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Aparılan profilaktik tədbirlər nəticəsində Sumqayıt şəhər sakini olan bir nəfər tapdığı tapançanı könüllü olaraq polisə təhvil verib.
Araşdırma aparılır.