Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 18-ci mikrorayondan keçən yolda dəlik yaranıb. Vətəndaşlar tədbir görülməsə, yolun çökəcəyindən və bunun faciəyə səbəb olacağından qorxurlar.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən (ŞİH) məsələ ilə bağlı Sumqayit24.az-a açıqlamada bildirilib ki, problem qurumun diqqətindədir:
“Əraziyə baxış keçirilməsi və təhlükəsizlik baxımından müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara tapşırıq verilib”.