Sumqayıtda bayram günlərində dəm qazından zəhərlənənlərin sayı açıqlanıb. Bu haqda Xeberle.com-a istinadən xəbər veririk.
Məlumata görə, 31 dekabrdan 5 yanvar tarixinədək Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına zəhərlənmə səbəbi ilə 3 nəfər müraciət edib. Hər 3 şəxsin dəm qazından zəhərləndiyi müəyyən olunub.
Onlardan ikisinə yerində ilk yardım göstərilib, digər 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
Heç bir halda ölüm faktı qeydə alınmayıb.