“Sumqayıt Texnologiyalar Parkı”nın (STP) nümayəndələri BIM (Building Information Modeling) texnologiyaları mövzusunda konfransa qatılıblar. Bu haqda AZƏRTAC-a istinadən xəbər yazırıq.
Həmin texnologiyaların MDB ölkələrində tətbiqinə həsr olunmuş görüş Bakının “Fairmont” mehmanxanasında baş tutub. Konfransı “AZEL Systems” şirkəti təşkil edib. Həmçinin, tədbirin tərəfdaşı qismində dünya liderlərindən olan “Autodesk” (ABŞ) şirkəti çıxış edib.
Konfransda STP ilə yanaşı bir sıra digər təşkilatların nümayəndələri də olublar. Görüşün sonunda iştirakçılara panel diskussiya təşkil edilib.