"Sumqayıt Tibb Mərkəzi" PHŞ-nin tenderi yekunlaşıb. Sumqayıt24 bu haqda 10 iyun tarixində E-huquq.az-a istinadən xəbər verir.
Müsabiqə dəftərxana ləvazimatlarının alınması ilə bağlı olub. Tenderin qalibi "İntellekt M.A" MMC seçilib. Məlumata görə, qalib şirkətə 46.932,75 manat vəsait ödəniləcək.