Bayram günlərində (20-26 mart) Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (TTTYS) və onun struktur bölmələrinə 2835 müraciət daxil olub. Bu barədə 28 mart tarixində Sumqayıt Tibb Mərkəzi xəbər yayıb.
Ən çox müraciət 22 mart tarixində qeydə alınıb: 438. Qeyri-iş günlərində TTTYS-ə zəhərlənmə şübhəsi ilə 7 nəfər müraciət edib. Onlara yardım edilib və xəstəxanaya yerləşdiriliblər.
Xəstəxanaya yerləşdirilənlərdən 5-i qadın, 2-si kişi olub. Onlardan 3-ü dərmandan, 1-i sirkə turşusundan, digəri tüstüdən, 2 nəfəri isə spirtli içkidən zəhərləniblər.