Sumqayıtda uşaqlar üçün yeni kukla teatrı fəaliyyətə başlayıb.
“Günəşim” adlı kukla teatrı şəhərin 5-ci mikrorayonunda yerləşən Gənclər evində qurulub. Burada uşaqlar üçün müxtəlif personajlarla (dovşan, ayı və s.) maraqlı tamaşalar nümayiş olunur.
İştirak üçün, qiyməti 3 manat olan biletləri öncədən almaq lazımdır (onlayn sifariş etmək mümkündür). Qeyd edək ki, valideynlər tamaşa zalına buraxılmır.
Ətraflı məlumat əldə etmək üçün aşağıda qeyd olunan nömrə və instagram səhifəsi ilə əlaqə saxlamaq mümkündür:
Tel: (077) 767-12-72; İnstagram: @gunesimkuklateatrı
Foto Sumqayıt24