Sumqayıt şəhərinin bir hissəsində qaz kəsilib.
Sumqayit24.az Sumqayıt Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün işlər yekunlaşanadək Sumqayıt şəhərinin 52-ci məhəlləsinin, habelə Ceyranbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.