Sumqayıtda xəstəxanalardan birində növbə üstündə gərginlik yaşandığı iddia olunur.
Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Yayılan məlumatlara görə, hadisə 1 saylı Sumqayıt Şəhər Xəstəxanasında baş verib. İddia olunur ki, xəstəxanada növbə üstündə mübahisə yaranıb və nəticədə gərgin anlar yaşanıb.
Sumqayit24.az-a Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, sosial şəbəkələrdə yayılan və Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində qeydə alınan görüntülərdə əks olunan mübahisə iki şəxs arasında şəxsi münasibətlər zəminində yaranıb.
Qeyd edək ki, hadisə tibbi xidmətin təşkilinə təsir göstərməyib.