YAP Sumqayıt şəhər təşkilatının sədri deputat Hicran Hüseynova ilə görüşüb. Bu barədə 2 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Görüş təşkilatın inzibati binasında baş tutub. Sədr Ramiz Hüseynov və deputat öndə duran vəzifələr və gələcəkdə keçiriləcək tədbirləri müzakirə ediblər. Sonda isə vətəndaşlarla görüşlərin keçirilməsində qarşılıqlı əməkdaşlığın aparılması ilə əlaqədar fikir mübadiləsi aparılıb.