Sumqayıtda ağacların kəsilərək yerində metal konstruksiyanın quraşdırıldığı iddia olunur.
Sumqayit24.az-a bu barədə 9-cu mikrorayon sakinləri məlumat veriblər.
Vətəndaşların iddiasına görə, 14 saylı binanın arxasında kiçik ağaclar kəsilərək ərazidə obyekt quraşdırılıb.
Sakinlər bildirirlər ki, bu hal həm yaşıllıqların məhv edilməsinə, həm də ərazinin görünüşünün korlanmasına səbəb olur.
"Bu obyekt əvvəl 24 saylı binanın arxasında idi. Obyektin yerləşdiyi yerdə su xəttində problem yarandığı üçün bura gətirilib", - deyə şikayətçilər idda ediblər.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə sorğu ünvanlanıb.