Sumqayıtda küçələrdən birində tez-tez antisanitar vəziyyət hökm sürür.
Sumqayit24.az-a müraciət edən sakinlərin iddiasına görə, Bulvar küçəsində, "Levent" yaşayış kompleksinin yaxınlığında məişət tullantıları vaxtında daşınmır. Nəticədə ərazidə antisanitar vəziyyət yaranır.
"Məişət tullantıları çox gec daşınır. Zibil qutuları da dolu olduğu üçün tullantıları ətrafa atırlar, nəticədə də ərazidə hərəkət çətinləşir", - deyə vətəndaşlar qeyd ediblər.
Sakinlər aidiyyəti qurumlardan tullantıların vaxtında daşınmasını təmin etməyi, həmçinin əhalini ətraf mühitin təmizliyinə riayət etməyə və zibilləri ətrafa atmamağa çağırırlar.