top
Riad Rəfiyev: Zaman keçdikcə daha güclü Sumqayıt görəcəyik
Bu gün, 16:41
- ↺ +

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Baş məşqçi Filipe Kandidu ilə yollarımızı ayırmaq barədə heç vaxt düşünməmişik. O, komandaya cəmi 3-4 ay əvvəl gəlib və təbii ki, yeni məşqçiyə vaxt lazımdır".

Bu sözləri açıqlamasında "Sumqayıt" futbol klubunun prezidenti Riad Rəfiyev deyib.

O, "gənclik şəhəri" təmsilçisinin mövsümün əvvəlindəki uğursuzluğunun səbəblərini açıqlayıb:

"Nəticələrin istədiyimiz kimi olmamasının bir neçə səbəbi var idi. İlk növbədə, zədəli futbolçuların sayı çox idi. Əsas heyətin 7-8 üzvü zədə səbəbindən ilk üç oyunda iştirak edə bilmədi. Digər səbəb isə yeni futbolçuların komandaya gec qoşulması idi. Buna görə ilk beş turda istədiyimiz nəticələri əldə edə bilmədik. Bununla belə, oyundan-oyuna komandada inkişafı görürdük.

Futbolçularımız daha yaxşı oyun sərgiləyirdilər. Hətta Premyer Liqada son matçda da rəqibimiz "Zirə"dən üstün oynadığımızı düşünürəm, amma təəssüf ki, 2:3 hesabı ilə məğlub olduq. Əsas məsələ komandanın oyun səviyyəsinin getdikcə yüksəlməsidir. Əminəm ki, zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik".

Klub rəhbəri ölkə kubokunda komandanı çox çətin rəqiblərin gözlədiyini bildirib:

 "Finala gedən yolda "Qarabağ" və "Sabah" kimi komandalarla qarşılaşmaq ehtimalımız var. Buna baxmayaraq, maksimum gücümüzlə mübarizə aparacaq və mümkün qədər irəli getməyə çalışacağıq. Çempionatda da məqsədimiz turnir cədvəlində mümkün qədər yuxarı pillələrdə qərarlaşmaq və şəhərimizə layiq komanda olmaqdır".

Bakının ev sahibliyi etdiyi FIFA U-15 dünya çempionatı və festivalından da danışan Riad Rəfiyev turnirin təşkilinə töhfə verən hər kəsə təşəkkürünü bildirib: "Azərbaycan dövlətinə, ölkə rəhbərliyinə və futbol federasiyamızın rəhbərliyinə belə gözəl turnirin təşkilinə verdikləri töhfəyə görə minnətdaram. Bu, doğrudan da əsl festival, futbol bayramıdır. Əminəm ki, bu turnirin bəhrəsini gələcəkdə görəcəyik".

Qeyd edək ki, "Sumqayıt" hazırda Premyer Liqanın turnir cədvəlində 8 xalla 9-cu sıradadır.

Mənbə: Azərtac

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
Bu gün, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
Bu gün, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
Bu gün, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
Bu gün, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda sürücülər doğum şöbəsinin yolunu zəbt edib?

Bütün xəbərlər
Bu gün, 12:26

Sumqayıtda binanın zirzəmisində acınacaqlı durum

Bütün xəbərlər
Bu gün, 11:38

Azərbaycanda gələn il bütün köhnə avtobuslar yenilənəcək

Bütün xəbərlər
Bu gün, 10:37

SDU rəhbər vəzifələrə işçi axtarır

Bütün xəbərlər
Bu gün, 10:02

Sumqayıt Apellyasiya Məhkəməsi qızına xəsarət yetirən atanın şikayətini təmin etmədi

Bütün xəbərlər
Bu gün, 09:15

SDU-da əcnəbi tələbələr üçün orientasiya görüşü keçirilib

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Oxşar xəbərlər