Sumqayıt şəhərində 38 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə təqsirli bilinib.
Məlumata görə, Şəki rayon sakini, 1988-ci il təvəllüdlü Vahid ailə münaqişəsi zamanı həyat yoldaşı Tamaranı döyüb.
Məhkəmədə ifadə verən Vahid bildirib ki, hadisə günü işdən evə qayıdarkən həyat yoldaşının yemək hazırladıqdan sonra yataq otağında telefonla danışmasını özünə hörmətsizlik kimi qəbul edib. Aralarında mübahisə yaranıb və o, qadının başına iki dəfə zərbə vurub.
Zərərçəkmiş Tamara isə bildirib ki, Vahid toyuq bişirmədiyinə görə onunla mübahisə edib və daha sonra onu döyüb. Bundan sonra qadın polisə müraciət edib.
Sumqayıt Şəhər Məhkəməsi Vahidi Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa zərər vurma) ilə təqsirli bilərək 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.
Qeyd edək ki, işə baxıldığı müddətdə Vahid Göyçay rayonunda qəsdən adam öldürməkdə də ittiham olunub. Həmin cinayət işi üzrə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qanunvericiliyin tələblərinə əsasən, təqsirləndirilən şəxs barəsində çıxarılan hazırkı hökmlə qəsdən adam öldürmə cinayət işi üzrə çıxarılacaq hökmün birləşdirilməsi nəzərdə tutulub.
Mənbə: Demokrat.az