Sumqayıtda sabah arabir sulu qar, qar yağacağı gözlənilir. Sumqayıt24 bu haqda 23 yanvar tarixində xəbər verir.
Gecə və səhər yağıntının intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Atmosfer təzyiqi normadan yuxarı – 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.