Sumqayıt şəhərində qəza baş verib.
Yol-nəqliyyat hadisəsi Koroğlu prospektinin 9 və 11-ci mikrorayonlardan keçən hissəsində qeydə alınıb. Şahidlərin Sumqayit24.az-a verdiyi məlumata görə, "VAZ 2107" markalı minik avtomobili yolun keçməyə çalışan ahıl yaşlı kişini vurub.
Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.