Sumqayıtda azyaşlı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib. Sumqayıt24 bu haqda nazirliyin rəsmi saytına istinadən xəbər verir.
Belə ki, FHN-nin "112" qaynar xəttinə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz halda qalması ilə bağlı məlumat daxil olmuşdur. Cağırış ünvanına cəlb olunan xilasetmə qüvvələri qapını açıb, nəzarətsiz qalmış uşağın xilas ediblər.