Sumqayıtda xeyriyyə aksiyası keçirilib. Bu barədə 2 avqust tarixində Qızıl Aypara Cəmiyyətinə istinadən xəbər veririk.
Aksiya Cərrah Endokrinoloq Sadiq Bəbirov tərəfindən təşkil olunub. QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ehtiyaclı ahıllara və Avtomobil məktəbinin yataqxanasında məskunlaşan icma sakinlərinə üzüm məhsulu paylanılıb. Ümumilikdə bu yardımdan 160 ehtiyaclı ailə bəhrələnib.