Sumqayıt Dövlət Universitetində (SDU) 2026/2027-ci tədris ilində universitetə qəbul olunmuş əcnəbi tələbələr üçün orientasiya görüşü keçirilib.
Sumqayit24.az xəbər verir ki, görüşü giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurəli Yusifbəyli əcnəbi tələbələri salamlayaraq onların universitetin böyük ailəsinin bir üzvü olduqlarını vurğulayıb.
Orientasiya görüşünün keçirilməsində əsas məqsəd əcnəbi tələbələrin universitetin akademik və sosial mühitinə uyğunlaşmasına dəstək göstərmək, onları mövcud imkanlar barədə məlumatlandırmaq və tələbələr arasında ünsiyyətin gücləndirilməsinə şərait yaratmaqdır.
Qeyd edək ki, cari tədris ilində Sumqayıt Dövlət Universitetini seçən əcnəbi tələbələrin sayı ötən illə müqayisədə iki dəfədən çox artıb. Bu dinamika universitetin beynəlxalq səviyyədə xarici tələbələr arasında nüfuzunun yüksəldiyini göstərir.