Sumqayıt məktəblisi Özbəkistanda keçirilən olimpiadada yüksək nəticə göstərib.
Sumqayit24.az-a daxil olan məlumata görə, Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 33 nömrəli məktəbin ikinci sinif şagirdi Ümid Amid oğlu Məmmədzadə Özbəkistanda keçirilən sürətli hesablama üzrə olimpiada yarışında iştirak edib.
Doqquz ölkənin təmsilçilərinin qatıldığı yarışda Ümid yüksək nəticə göstərərək birinci yerə layiq görülüb və ölkəmizi uğurla təmsil edib.