Sumqayıt şəhər 1 saylı xəstəxananın doğum şöbəsinin qarşısında bəzi sürücülər avtomobillərini nizamsız şəkildə, yan-yana park edərək hərəkətə mane olurlar.
Sumqayıt sakinlərinin sözlərinə görə, ərazidə boş parklanma yerləri olmasına baxmayaraq, bəzi sürücülər avtomobillərini yolun hərəkət hissəsində saxlayırlar. Bu isə birtərəfli hərəkət zolağının tamamilə bağlanmasına səbəb olur.
"Son aylarda sürücülərin bu cür özbaşınalığı mütəmadi hal alıb. Avtomobili saxlayıb gedirlər, yol bağlanır, xəstəxanaya gediş-gəliş mümkünsüz olur. Üstəlik, bura doğum şöbəsinin qarşısıdır. Sürücülərin bu məsuliyyətsizliyi təcili doğuma gətirilən qadınların xəstəxanaya çatdırılmasına əngəl olur", - deyə şikayətçilər bildiriblər.
Mənbə: Bizim Media