Sumqayıtın yaşayış binasının zirzəmisindəki su xəttində baş verən sızma narazılıq yaradıb.
Sumqayit24.az-a bu barədə 17-ci mikrorayon, 56 saylı yaşayış binasının sakinləri məlumat veriblər.
Qeyd olunub ki, binanın zirzəmisindəki su boruları uzun müddətdir qəzalı və nasaz vəziyyətdədir. Nəticədə borulardan sızan su zirzəminin su ilə dolmasına səbəb olub.
Sakinlərin sözlərinə görə, problem ötən ildən davam edir və bu müddət ərzində xeyli su israf olunub.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və mövcud problemin aradan qaldırılmasını tələb edirlər.