Sumqayıtda istehlaka yarasız və istifadə müddəti bitmiş qida məhsulları məhv edilib. Bu barədə 8 sentyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər veririk.
Proses “Təhlükəli Tullantılar” MMC-nin poliqonunda aparılıb. Burada “Ulu Gida Group” MMC-yə məxsus ümumi çəkisi 52 kq “Aly Yufka” əmtəə nişanlı xəmir məhsulu və 40.2 kq mayonez və ənginar məhsulu, “Fenix Trade” MMC-yə məxsus ümumi çəkisi 580 kq dəniz məhsulu və alkoqolsuz içkilər, “Pribaltika” MMC-yə məxsus ümumi çəkisi 1360 kq ət və süd məhsulları, “Merano-Baku” MMC-yə məxsus ümumi çəkisi 3630 kq müxtəlif növ qida məhsulları utilizasiya olunub.