Sumqayıtda mənzildə kişi meyiti tapılıb.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, hadisə 13-cü mikrorayonda qeydə alınıb. Tək yaşadığı bildirilən 73 yaşlı Pavel Vlasovun cansız bədənini qonşuları aşkar ediblər.
Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.