Sumqayıt poliqonunda 8 tondan çox qida məhsulları məhv edilib. Bu barədə 15 sentyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat veririk.
Proses “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus poliqonda aparılıb. Burada “Foodini” MMC-yə məxsus istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 8.527 kq müxtəlif növ qida məhsulları məhv edilib.