Sumqayıt şəhərində 86 yaşlı Əzim Cabbarov itkin düşüb.
Sumqayit24.az-a bu barədə onun ailə üzvləri məlumat veriblər. Onların sözlərinə görə, bu gün səhər saatlarında yaşadığı 48 saylı uşaq bağçasından (13-cü mikrorayon) çıxıb və geri qayıtmayıb:
"Hər gün gedib, gəzib saat 13:00-da qayıdırdı. Bu gün isə artıq 7 saatdır ondan xəbər yoxdur. Son dəfə əyində qara rəngli gödəkçə, (üzərində "Prada" yazılı), qara şalvar, başında isə qara papaq olub.
Yaddaşında problem var. Yəni aza bilər, yolu tapmaya bilər".
Onu görənlərdən (055) 532-04-03 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.