Sumqayıtda marşrut avtobusları yaxın zamanda yenidən kart sisteminə keçəcək. Bu haqda xeberle.com-a istinadən xəbər veririk.
"Sumqayıt Nəqliyyat-1" MMC-dən verilən məlumata görə, hazırda daha uyğun sistem tətbiq etmək üçün müəyyən işlər görülür və müxtəlif variantlar baxışdan keçirilir.
Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarına əsasən, 15 fevral tarixinə kimi ölkə üzrə bütün marşrut avtobuslarında kartla ödəniş sisteminə keçilməlidir.